Mədəniyyət

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin onlayn radiosu fəaliyyətə başladı

25 May 2016 17:02
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi öz yeni onlayn radiosunu işə salıb.

Bundan sonra həftənin 7 günü, 24 saat, "CinemaPlus" kinoteatrlarının foyesində sevimli mahnılara, müxtəlif janrlarda musiqilərə, məşhur filmlərin saundtreklərinə qulaq asmaq olar. Ən son hitləri çox keyfiyyətli səslənmə ilə "CinemaPlus"un onlayn radiosunda dinləmək olar.

Radio yalnız musiqi sevərlər üçün deyil. Həmçin yerli şirkətlər də radioda öz reklamını yerləşdirə bilərlər.

"CinemaPlus" əmindir ki, onlayn radio yaxın bir zamanda çox insanların ən sevdiyi radio kanala çevriləcək.

Radionu onlayn dinləmək üçün www.cinemaplus.az/radio linkinə daxil ola bilərsiniz.

Kinoteatr bu layihəni "ALTÜST Media" şirkəti ilə birgə işə salıb.

Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus" kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

"CinemaPlus" 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus" mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.