Mədəniyyət

Turistlər və paytaxt sakinləri üçün yeni layihəyə start verilib - FOTO

23 May 2016 18:41
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.

Milli.Az bildirir ki, mayın 22-23-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə "İllüziya şou"su, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda "Göyçək Fatma" tamaşaları  nümayiş etdirilib.

Yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.