Mədəniyyət

"Unudulmaz" dəvətnamə

6 May 2016 14:32
Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Nizami Kino Mərkəzində "Unudulmaz" sənədli filminin təqdimatı keçiriləcək.

Milli.Az xəbər verir ki, mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin doğum gününün 93-cü il dönümü münasibətilə "LIDER" televiziyasının çəkdiyi "Unudulmaz" sənədli filminin təqdimat mərasimi keçiriləcək. 

"Unudulmaz" filmi mərhum prezidentin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində olduğu günlərə həsr edilib. Azərbaycan tamaşaçısının indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.

Təqdimat mərasiminə  Yeni Azərbaycan Partiyasının rəsmi nümayəndələri, "LİDER" Televiziyasının rəhbərliyi, Milli Məclisin deputatları, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları filmin yaradıcı heyəti və digər qonaqlar dəvət olunub.

Jurnalist Elnur Niftəliyevin müəllifi olduğu bu filmdə Azərbaycan tamaşaçısı Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış ola biləcək.

Tədbir Nizami Kino Mərkəzinin 1-ci Zalında saat 12:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.