Mədəniyyət

Azərbaycanın nümayəndəliyinin rəhbəri: "Onun səhhətində problem vardı, amma..." - VİDEO

4 May 2016 16:58
0 Şərh     Baxış: 2 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimlinin Stokholmda baş tutan məşq prosesində zəif çıxış etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Milli.Az bildirir ki, Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki nümayəndəliyinin rəhbəri Tamilla Şirinova anspress-ə deib ki, təmsilçimiz Səmra Rəhimlinin çıxışının zəif olması ilə bağlı fikirlər yanlışdır. Onun sözlərinə görə, məşqdə əsas diqqət ifaçıların səhnə performansına və xarici görünüşünə verilib. 

"İfaçının vəziyyəti yaxın günlərdə yaxşılaşacaq"

"Məşqdən sonra səsvermə olmayıb. Hər ölkənin öz münsifi olur. Hətta həmin münsiflər də ancaq geyimə qiymət veriblər. Dünənki məşq vacib sayılmır. Yəni ilk məşqdə daha çox texniki yoxlamalar oldu. Əgər səsvermə olubsa da, o, qeyri-rəsmi olub. Düzdür, onun səhhətində problemlər var idi, amma o, buradakı (İsveç) həkimlərin nəzarəti altındadır. Həkimlərin sözlərinə görə, ifaçının vəziyyəti yaxın günlərdə yaxşılaşacaq".

Bir müddət əvvəl məlumat yayılıb ki, Səmra Rəhimli məşq prosesində zəif çıxış edərək qatılan 18 ölkənin arasında 15-ci olub. Məlumatda deyilir ki, təmsilçimiz 5 xal toplayıb. "Eurovision-2016" müsabiqəsinin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də baş tutacaq. "Eurovision-2016" İsveçin paytaxtı Stokholmda "Globen Arena"da olacaq. Azərbaycanı "Eurovision 2016" mahnı müsabiqəsində Səmra Rəhimli təmsil edəcək. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Samra - Miracle (Azerbaijan) First Rehearsal

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.