Mədəniyyət

Əliqismət Lalayev beynəlxalq müsabiqənin münsiflər heyətində

11 Fevral 2016 17:24
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, "Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu" Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu ilin may ayında Yekatirinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ xalq artisti Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsini keçirəcəkdir. Belə bir nüfuzlu müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçilməsini bildirib. Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

Operetta və muzikl çərçivəsində "Vokal və səhnə sənəti" nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər. Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.