Mədəniyyət

Məhəmməd peyğəmbər haqda qadağan olunmuş film Moskvada - FOTO

7 Fevral 2016 17:58
10 Şərh     Baxış: 6 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya paytaxtında iranlı rejissor Məcid Məcidinin islam dininin peyğəmbərindən bəhs edən "Məhəmməd-Allahın elçisi" adlı filminin premyerası keçirilib. 

APA-nın verdiyi məlumata görə, premyerada iranlı rejissor Məcid Məcidi, Rusiya Kinomatoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov, İranın Rusiyadakı səfiri Mehdi Sənai və hər iki ölkənin ictimaiyyət nümayəndələri, Moskvanın müsəlman sakinləri iştirak ediblər.
 
Filmin rejissoru Məcid Məcidi çıxışında "Məhəmməd - Allahın elçisi" filminin Səudiyyə Ərəbistanı və Misirdə qadağan olunduğunu bildirib.
 
Rejissor deyib ki, film Məhəmməd peyğəmbərin həyatından bəhs edən trilogiyanın birinci hissəsidir.
 
Nikita Mixalkov isə filmin büdcəsinin o qədər də böyük olmadığını söyləyib. Rusiyalı kinorejissor: "Arzu edirəm ki, İsa peyğəmbər haqqında da buna oxşar film çəkilsin", - deyib.
 

Milli.Sx

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.