Mədəniyyət

Niyaməddin Musayev: "O, xalq mahnısı deyil, mənimdir"

7 Fevral 2016 13:45
1 Şərh     Baxış: 7 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu qala, daşlı qala" xalq mahnısı deyil, mənim mahnımdır. Mahnının müəllifi mənəm. Amma çox yerdə, Orta Asiya və Baltikyanı ölkələrdə bu, xalq mahnısı kimi qələmə verilir". 

Xalq artisti Niyaməddin Musayev publika.az-a açıqlamasında deyib ki, hətta Azərbaycanda da elə verilişlər var ki, müğənnilər oxuyandan sonra bu mahnını xalq mahnısı kimi təqdim edirlər:
 
"Baxmayaraq ki, mahnının müəllifi sağdır. Belə hörmətsizlik olmaz. Başa düşürəm, çoxu məlumatsızdır və bunu bilmir. İstərdim ki, mahnımı ifa edənlər müəllifin kim olduğunu vurğulamasalar da, heç olmasa, bilsinlər".
 
İfaçını narahat edən məhz müğənnilərin də onu xalq mahnısı kimi təqdim etmələridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.