Mədəniyyət

"Gəncliyin səsi" adlı festivalın son mərhələsi baş tutub

6 Fevral 2016 14:06
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi Mərkəzində 2 fevral "Gənclər günü" nə həsr olunmuş ənənəvi "Gəncliyin səsi" adlı festivalın son mərhələsi baş tutub.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, festivalda 2 qısametrajlı filmin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  birgə təşkilatçılğı ilə keçirilən tədbirdə çıxış edənlər ölkədə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Sonra gənc rejissorlar Nərgiz BağırzadəFariz Əhmədovun "Bir addım" və gənc rejissor Ruslan Hüseynovun "Usta Yusifin Kamançası" adlı filmləri təqdim olunub.

Cahangir Hacıyev - Azərbaycan Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini: "Çox sevindirici haldır ki, gənclərimiz üçün hər il keçirilən festival möhtəşəmliyi ilə seçilmişdir. Bu səbəbdən ki, hər il bu festival adətən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilirdi, indi isə bu il Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında bu festivalın təşkil olunmasına Dövlət Agentliyi də qatılmışdır".
Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsert, foto, rəsm sərgiləri, həmçinin tamaşa nümayiş etdirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.