Mədəniyyət

"Gənclər bizim sabahımızdır"

26 Yanvar 2016 14:30
Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 fevral 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan gəncləri gününə həsr olunmuş "Gənclər bizim sabahımızdır" adlı konsert keçiriləcək.

Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konsertdə Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevın rəhbərliyi ilə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

Baletmeyster xalq artisti Cəmilə Bayramova, musiqi rəhbəri əməkdar artist Etibar Qasımbəyli. Xormeyster Fəxrəddin Atayev.

Solistlər televiziya muğam müsabiqələrinin qalibləri Sərxan Bünyadzadə, Kamilə Nəbiyeva, Nisbət Sədrayeva, Xətai Hacıyev, Lətifə Soyuöz, Elnur Suleymanov, Nigar Şahmuradova, Telman Əliyev, Ruslan Haciyev, Viktoriya Şahmuradova.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.