Mədəniyyət

Xalq artisti doğum gününü Londonda keçirdi

29 Dekabr 2015 19:25
3 Şərh     Baxış: 3 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, xalq artisti Zeynəb Xanlarova dünən 79 yaşını qeyd edib.

AzNews.az-a daxil olan məlumata görə, xalq artisti doğum gününü ölkədən kənarda, İngiltərənin paytaxtı Londonda keçirib. Bildirilir ki, sənətkara ad gününü Londonda keçirməklə bağlı dəvət gəlib və o da bu təklifi qəbul edib. Məlumata görə, Xanlarova Yeni ili də Londonda qarşılayacaq.

Xatırladaq ki, Zeynəb Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur. "Şöhrət" ordenli Zeynəb Xanlarova həm də Milli Məclisinin deputatıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.