Mədəniyyət

"Universitetdə qəbul test imtahanı ilə olmasın"

28 Dekabr 2015 09:04
3 Şərh     Baxış: 2 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənim sənətkar yetişdirmək borcum yoxdur. 

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı tələbələri haqda "V element" verilişində danışarkən deyib. Xalq artisti gənclərə istedadlarına görə qiymət verdiyini bildirib: 
 
"Mənim kimisə sənəkar kimi yetişdirmək borcum yoxdur. Əgər o, mənimlə birlikdə səhnəyə çıxırsa, mənim hərəkətlərimi müşahidə edə bilirsə, bu, özü elə ona dərs kimi bir şeydir. Mən 5 ildir ki, universitetdə dərs deməkdən imtina etmişəm. Çünki o vaxt çox adama dedim, bütün elmi şuralarda çıxışlar etdim ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul test imtahanı ilə olmasın. Çünki çox istedadlı bir gənc gəlir, qabiliyyət imtahanından keçir, amma test imtahanından keçə bilmir. Nəticədə də çox istedadlı bir gənc çıxıb gedir, küsür bizdən. 
 
Yerinə gələn, test imtahanını keçəndən soruşursan ki, niyə aktyor olmaq istəyirsən? Deyir ki, mən aktyor olmaq istəmirdim, başqa bir ixtisas istəyirdim, sadəcə, balım bura çatdı. İndi gəl, bu uşaqlara həvəslə dərs keç". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.