Mədəniyyət

"Toppuşa bəzən baxıram, oyunu məni qıcıqlandırır"

1 Dekabr 2015 15:49
3 Şərh     Baxış: 4 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ulduz" filmində Nazik obrazı ilə yaddaşlardan silinməyən 86 yaşlı aktrisa Məleykə Ağazadə gənc həmkarlarını qınayıb.

Milli.Az xəbər verir ki, verilişlərə çıxmaqdan imtina edən aktrisa bu barədə gecce.az-a danışıb:

"Ömrümün ən gözəl illərini yaşayıram. Qocalığın özü də gözəldir. Səhhətim bəzən yaxşı olur, bəzən pis. Bu da havadan, ətrafımdan aslıdır.

Hec kim zəng edib soruşmur, maraqlanmır. Efirlər zəng edib dəvət edirlər, getmirəm. Çünki maraqlı bir veriliş yoxdur, bir-birlərini tənqid edirlər. Özləri özlərinə ad verib, könül rahatĺığı tapırlar. Bíri kleopatradır, biri toppuş bacıdır. Toppuş bacıya (Tünzalə Əliyevanı nəzər tutur) bəzən baxıram, oyunu məni qıcıqlandırır. Bu qız ancaq köklüyünü qabardır. Yetişən nəsilin arasında qeyri-peşəkarlara çox rast gəlirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.