Mədəniyyət

Novruz Qartal: "Türmədə yatıb-çıxan bir kişi…"

29 Noyabr 2015 11:06
0 Şərh     Baxış: 6 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Musiqili Teatrın qocaman aktyoru Novruz Qartal həyəcan içindədir.

Publika.az-a açıqlama verən aktyor uzun illərdən sonra ilk dəfə olaraq dramatik rolda oynayacağını deyib:
 
"Gənclər saqqızımı oğurlayıb öz tərəflərinə çəkdilər. Teatrımızda bir qrup cavan aktyor və rejissor Anar Sadıqov məni inandırmağa çalışdılar ki, dramatik rolda çıxış edə bilərəm.  Hətta mənə dedilər ki, sən qoca deyilsən, hətta bizimlə çalışsan, daha da cavanlaşarsan. Çox həyəcan keçirirəm, hətta qorxuram. Bilmirəm, məndə alınacaq, ya yox. Çünki ömür boyu komediyalarda çıxış etmişəm, məni dramatik rolda görən olmayıb".
 
Aktyorun oynadığı rola gəlincə, o, həbsxana həyatı keçirən avtoritet obrazını canlandıracaq:
 
"Xarakterimin əksi olan bir obrazdır. Türmədə yatıb-çıxıb, sözünün qabağına söz deyilməyən, özündənrazı bir kişi obrazıdır. Tamaşa hazır olanda gəlib baxarsınız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.