Mədəniyyət

"28 Cinema"da ilin gözlənilən kinokomediyası: "Oğlan evi: Azərbaycansayağı qarət"

26 Noyabr 2015 14:24
Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın premium kinoteatrı "28 Cinema" komediya ilə kino həvəskarlarını sevindirməyə tələsir. Belə ki, dekabr ayının 3-dən etibarən rejissor İlham Qasımovun "Oğlan evi: Azərbaycansayağı qarət" filminin nümayişlərinə başlayır.

Baş rolları Fərda Amin, Elcan Rəsulov İslam Mehrəliyev oynayırlar.  Filmdə, həmçinin  Abbas Qəhrəmanov, Elşən Hacıbabayev, Xumar Səlimova,  Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov  və aparıcılar- DJ Fateh Mətanət Əliverdiyeva rol alıblar.

Film haqqında məlumat: Hadisələr paytaxt Bakıda cərəyan edir. İşbazlar 3 nəfərə  eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından qəribə bir plana əl atırlar.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

"28 Cinema" hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdır!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.