Mədəniyyət

Məlahət Abbasova: "Bakıya gələndə onunla görüşmək istəyirəm, amma çəkinirəm" - FOTO

27 Noyabr 2015 21:09
6 Şərh     Baxış: 6 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova xalq artisti Səfurə İbrahimova ilə bağlı maraqlı açıqlamalar edib. O bu haqda Milli.Az-a danışıb:

"Səfurə xanımla bağlı xəbərləri izləyirəm. Amma eşitdiyimə görə, heç kimlə görüşmür. Hər dəfə Bakıya gələndə onunla görüşmək istəyirəm, sadəcə çəkinirəm. Qərar vermişəm, bu dəfə Bakıya gələndə onunla görüşəcəyəm. Səfurə xanımı inanılmaz dərəcədə çox sevirəm, onun üçün çox darıxmışam. Onunla çox gözəl günlərimiz olub, mənimlə çox dərdləşib. O, həqiqətən, çox böyük bir sənətkardır. Teatrla, kino ilə yaşayan bir insandır. Son dərəcə həssas və duyğusal biridir. Teatrda ona edilən haqsızlıqlara nəhayət dayana bilməyib oranı tərk etdi. Allah onu yenidən sağlığına qovuşdursun. O, həqiqətən, əvəzolunmaz bir sənətkardır".

Qeyd edək ki, Məlahət Abbasova xalq artisti Səfurə İbrahimova ilə "Sən həmişə mənimləsən" televiziya tamaşasına birlikdə çəkilib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.