Mədəniyyət

"Biz teatrı sevirik" layihəsi daha bir məktəbdə - FOTO

6 Noyabr 2015 17:04
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ən maraqlı layihələrindən biri olan "Biz teatrı sevirik" çərçivəsində daha bir tədbir Xəzər rayonu şəhid Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəblə birgə həyata keçirilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbirdə məktəbin müəllim, şagird və valideyn heyəti, eləcə də teatrın tanınmış aktyorları, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Atabala Səfərov, teatrın redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, aktyorlar Elşən Çarhanlı, İlham Əsədov, Müşfiq Əliyev və Eşqin Quliyev iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Elşən Qafarov hər kəsi salamlayaraq məktəb haqqında tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə teatra, onun sənət adamlarına çox böyük marağı olan məktəbin şagirdləri mütəmadi olaraq Gənc Tamaşaçılar Teatrını ziyarət edərək teatrın repertuarında olan əksər səhnə əsərlərini izləyiblər. Direktor bildirib ki, Gənc Tamaşaçılar Teatrının həyata keçirdiyi "Biz teatrı sevirik", "Mən teatr haqqında danışmaq istəyirəm", "Teatr, təhsil və mənəviyyatımız", "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci", "Zirvədəki şəxsiyyətlər", "Şəhidlər ölməz, Vətən bölünməz" layihələri şagirdlərdə teatra olan marağı daha da artırmaq məqsədi daşıyır və bu olduqca təqdirəlayiq haldır.
Tədbirin aparıcılığını edən Səriyyə İsmayılova teatrın kollektivinin salamlarını tədbir iştirakçılarına çatdıraraq teatrın aktyorlarını təqdim edib. O, Ölkə Prezidentinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına müvafiq olaraq teatrın həyata keçirdiyi tədbirlər, Beynəlxalq layihələrdə teatrın iştirakı haqqında ətraflı məlumat verib.
Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Şəfəq Əliyeva, Almaz Mustafayeva, Atabala Səfərov, aktyorlar Elşən Çarhanlı, Eşqin Quliyevin çıxışlarından sonra teatrın cari repertuarında olan yazıçı-dramaturq Əli Əmirlinin "Mən səni sevirəm - MSS" tamaşasından bir parça tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbir çərçivəsində şagirdlər teatr, teatrın tarixi, cari repertuarda olan tamaşalar haqqında teatrın aktyorlarına suallarını ünvanlayıblar.
Məktəbin direktoru çıxış edərək yüksək səviyyəli tədbirin həyata keçirilməsindəki əməyinə görə teatrın əməkdaşlarına və direktor, əməkdar artist Mübariz Həmidova öz dərin minnətdarlığını bildirib.
S.İsmayılova da tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək, məktəbə "Bura Vətəndir" və "Gültəkin zirvəsi" kitablarını bağışlayıb.

Sonda teatrın aktyoru İlham Əsədov şagirdlərin müşaiyəti ilə "Azərbaycan" mahnısını səsləndirilib.
Məlumat üçün bildirək ki, bundan sonra da layihə çərçivəsində sözügedən təhsil müəssisəsi ilə teatrın aktyorları, yaradıcı heyəti ilə görüşlər, disputlar, foto-sərgilər, müsabiqələr, tematik gecələr təşkil ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.