Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlərə start verildi - FOTO

15 Oktyabr 2015 14:49
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi baş tutub. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, treninq iştirakçılarını qəbul edib salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov keçirilən treninqin məramı, məqsədi və teatrın struktur quruluşu, onun tarixi və fəaliyyət növləri haqqında məlumat verib.

Daha sonra teatr rəhbəri treninqlərdə marketinq fənnini tədris edəcək Beynəlxalq Treninq Mərkəzinin sədri, Beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərovu iştirakçılara təqdim edib.

Bildirilmişdir ki, 1 həftə davam edəcək kurs teatr tarixi və teatrın struktur quruluşu sahəsi üzrə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, marketinq üzrə isə Ş.Səfərovla yanaşı, İqtisad Universitetinin marketinq kafedrasının pedaqoqları tədris edəcəklər.

Məlumat üçün bildirək ki, kursları uğurla başa vuran mütəxəssislər Beynəlxalq Treninq Mərkəzinin, Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin xüsusi sertifikatları və yüksək maaşla təmin olunacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.