Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır - FOTO

14 Oktyabr 2015 11:01
1 Şərh     Baxış: 765

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə start verəcək. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, kollektiv 4 gün müddətində Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi" və böyüklər üçün Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.
Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.
Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı - aktyor - müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    57.region · 14 Oktyabr 2015 11:0800

    Teatr gastrolları niyə ölkəmizin rayonlarından başlamırki,mədəniyətsiz teatrsız gələcəyimiz cox bərbad olar,gənc pokoleniyamızın mədəniyətimizdən teatrlarımızdan xəbəri və maraqı olmalıdır !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.