Mədəniyyət

Nuriyyə Əhmədova dəfn edildi - FOTO

10 Oktyabr 2015 18:54
33 Şərh     Baxış: 10 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, aktrisa, xalq artisti Nuriyyə Əhmədova Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahı yanındakı qəbristanlıqda dəfn edilib. 

Qeyd edək ki, aktrisa ötən gecə ürək xəstəliyindən keçinib.

N.Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

Yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası ilə tamaşaçıların sevgisini qazanan aktrisanın əməyi hər zaman yüksək qiymətləndirilib. O, 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Əli Novruzəliyev 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.