Mədəniyyət

Nuriyyə şəkililəri də üzdü - VİDEO

10 Oktyabr 2015 18:04
9 Şərh     Baxış: 4 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün vəfat edən xalq artisti Nuriyyə Əhmədova Şəkidə çəkilən "Həm ziyarət, həm ticarət" filmi ilə qəlblərə yol tapıb. Məhz bu səbəbdən onu şəkililər "Şəkinin gəlini" hesab edir və xüsusi sevgi bəsləyirdilər.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, xalq artistinin ölümünə hər kəs kimi Şəki sakinləri də sarsılıblar. Nuriyyə Əhmədovanın vəfatı Şəki sakinlərini dərindən kədərləndirib. Şəki əhalisinin qəlbində xüsusi yer tapan aktrisa hər il Şəkiyə mütləq gələrdi. Bilirdi ki, onu burada doğmaları qarşılayacaq, böyük qonaqpərvərliklə yola salacaqlar.

Nuriyyə Əhmədova ilə bağlı təəssüratları olanlar onun vəfatı xəbərindən dərindən sarsılıblar. Dəyərli aktrisa elə Kanal S-in də ən fəxri qonaqlarından olub. Kanalın bir çox verilişlərinə qatılan aktrisa səmimiyyəti ilə hamının rəğbətini qazanıb. Rasim Ocaqova olan böyük hörməti və bağlılığı da onu Şəkiyə bağlayan amillərdən biri idi.

Qeyd edək ki,  Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.