Mədəniyyət

Kalmık teatrını qonaq etdilər

10 Oktyabr 2015 16:24
0 Şərh     Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərindədir. Milli.Az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 9-dan 11-dək davam edəcək qastrol səfərində teatrın yaradıcı kollektivi A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq"), Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə çıxış edir.  

Qastrol çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidovla kalmıkiyalı qonaqların görüşü keçirilib. 

Görüşdə Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycan Respublikası fəxri mədəniyyət işçisi Boris Manciyev, Kalmıkiya Respublikasının xalq artisti Sergey Muçiryayev, rejissor, Mari El Respublikasının (Rusiya Federasiyası) əməkdar incəsənət xadimi Sergey Pekteyev, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.  
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər, növbəti qastrol səfərləri barədə müzakirə olunaraq qərarlar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.