Mədəniyyət

Kalmık Teatrı Bakıda tamaşalarına start verdi - FOTO

9 Oktyabr 2015 14:02
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının yaradıcı heyəti qastrol tamaşalarının nümayişinə start verdi. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 9-dan-11-dək iki tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək kollektivin təqdim etdiyi ilk tamaşa azyaşlı izləyicilər üçün nəzərdə tutulub. A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq") əsəri əsasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı isə Saqlara Çulkayevadır. Tamaşada Kalmıkiyanın əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

Tamaşa bu gün saat 12.00, 14.00, 16.00, 18.00, oktyabrın 10-da saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da, oktyabrın 11-də isə saat 10.00, 12.00 və 14.00-da nümayiş etdiriləcək.
Oktyabr ayının 11-də saat 19.00-da təqdim olunacaq növbəti tamaşa Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilib. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları, Kalmıkiyanın əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.
"Любящая женщина" tamaşasının nümayişindən sonra qastrol səfərinin bağlanış mərasimi keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.