Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı müsabiqə elan edir

9 Oktyabr 2015 13:36
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış Komissiya Azərbaycan Dövlət Musiqili Teatrına işə qəbulla bağlı müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilərlər;

- Sənədlərin qəbulu 01 dekabr 2015-ci ilə qədər davam edəcək.

Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış);

- Əmək kitabçasının surəti;

- Tərcümeyi-hal;

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən);

- 2 fotoşəkil (3x4);

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri.

Əlaqə telefonları:

Kadrlar şöbəsi: (012) 493 88 37 (daxili nömrə: 194)

Qəbul otağı: (012) 498 13 21

E-mail ünvanı: musiqiliteatr-kadı[email protected]

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.