Mədəniyyət

"Sən gördüyün Şirbala ölüb..." - VİDEO

4 Oktyabr 2015 14:32
6 Şərh     Baxış: 3 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıbaba Bağırov 4 oktyabr 2006-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, Azərbaycanın görkəmli teatr və kino aktyoru, "Şöhrət ordenli" xalq artisti idi. Hacıbaba Bağırov Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri idi.

Milli.Az show.az-a istinadən bildirir ki, Musiqili Komediya Teatrında fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad,  Z.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Haradasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli və s. kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.