Mədəniyyət

Səyavuş Aslan - 80

5 Sentyabr 2015 11:01
4 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün tanınmış teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Səyavuş Aslanın doğum günü, yubileyidir.

Oxu.Az xəbər verir ki, Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bir çox rəngarəng obrazlar yaradıb.

Xalq artistinin "Kəndimizin mahnısı", "Özümüz bilərik", "Altı qızın biri Pəri", "Ulduz" kimi tamaşalardakı və filmlərdəki obrazları yaddaşlara həkk olunub.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

Xalq artisti ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.