Mədəniyyət

Türkiyəli məşhurlar Bakıya gələcək - FOTO

1 Sentyabr 2015 14:48
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni təqdim olunan "Eski sevgilini unutmanın 10 yolu" adlı filmin yaradıcı heyəti Azərbaycana gələcək. 

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a filmdə rol alan türkiyəli aktrisa və "Best Model" Tuğçe Sarıkaya məlumat verib:

"Rejissorluğunu Biray Dalkıranın etdiyi ekran işi bir müddətdir Azərbaycanda da nümayiş olunur. Oradakı izləyicilərdən gözəl şərhlər alırıq. Buna görə də yaradıcı heyət yaxın günlərdə Bakıya gələcək".

Bu günə kimi Bakıda olmadığını deyən Tuğçe yerli məşhurlardan da bəhs edib:

"Bakıda heç olmadım. Amma orada dostlarım var. Onlardan eşitdiyim qədəriylə gözəl yerdi. Mütləq Bakıya gələcəm. Rejissorumuz bir müddət Bakıda yaşayıb. O da həmişə gözəl xatirələrini bizimlə bölüşür. Azərbaycandan Aygün Kazımovanı tanıyıram və onun səsini bəyənirəm".

Qeyd edək ki, filmdə Asuman Dabak, Atılqan Gümüş, Orçun Kaptan, Sərhat Özcan, Zeynəb Dizdar və başqaları da rol alıb. Film Nizami Kino Mərkəzində nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.