Mədəniyyət

Habil Əliyevin vəziyyəti yenidən pisləşdi

1 Sentyabr 2015 12:04
10 Şərh     Baxış: 2 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən xalq artisti, kaman ustası Habil Əliyevin səhhətində ciddi problem yaranıb.

H.Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, həkimlər kaman ustasını 24 saat nəzarətdə saxlayırlar:

"Dünən qəfil vəziyyəti pisləşdi. Səhhətində ciddi problem yaranmışdı. Həkimlər dava-dərman etdilər, bəlğəmi təmizlədilər, bir az özünə gəldi. Vəziyyətində ciddi mənada irəliləyişi yoxdur. Ümidimizi Allaha bağlamışıq".

Qeyd edək ki, H.Əliyev və ürək və ağciyər problemlərindən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.