Mədəniyyət

Azərpaşa Nemətov yeni vəzifəyə təyin edildi

31 Avqust 2015 20:39
2 Şərh     Baxış: 3 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərpaşa Nemətov mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmrinə uyğun olaraq Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissor vəzifəsinə təyin edilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 31-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərpaşa Nemətovu teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edib.
 
Xatırladırıq ki, Azərpaşa Zəfər oğlu Nemət 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayib. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin rəğbətini qazanib.
 
Azərpaşa Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.