Mədəniyyət

Şəkidən dünyaya nağara səsi yayıldı - Tarix yazıldı - VİDEO

29 Avqust 2015 11:13
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Festivallar şəhəri Şəki növbəti möhtəşəm beynəlxalq tədbirə öz damğasını vurdu. 

22-26 avqust tarixlərində Şəkidə keçirilən "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı qədim tarixə malik olan bu diyarın səs-sorağını uzaqlara apardı. Ritm bayramının başa çatmasından bir neçə gün ötsə də, bu ab-hava hələ də davam etməkdədir. Həmin konsertləri "Kanal S" və "Region TV"nin efirində gündəlik olaraq izləmək mümkündür. Festivalın keçirilməsində bir çox insanların, təşkilatların böyük əməyi keçib. 

Əslində, hər şey buradan başladı, 2014-cü ilin mayından... "Kanal S" və "Region TV"nin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi ilk "Ritm yürüşü"nün uğuru ritm festivalının keçirilməsinin bünövrəsini qoydu. Efirdə dəfələrlə anonsu edilən "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı reallaşdı və 5 gün ərzində Şəkidə daha bir tarix yazıldı.

Festivalın informasiya dəstəyi və eksklüziv çəkiliş hüququ "Kanal S"ə məxsus olduğundan bu tarixin yazılmasında "Kanal S", "Kəpəz" və "El" televiziyalarının əməkdaşları bir "Region TV" komandası şəkilində çalışdılar. 

Festivalda birbaşa iştirak etmək imkanı olmayanlar üçün gün ərzində müxtəlif verilişlərdə xüsusi reportajlar təqdim edildi. Tamaşaçılarımızın daha operativ məlumatlanması üçün canlı bağlantılar quruldu. Yalnız efirdə deyil, digər mətbuat orqanlarında da məlumatlar dərc olundu. 

Beləliklə, bir tarix yazıldı. Bu tarixi yazanlar efirdə görünməsələr də, cani dildən çalışdılar, gecə-gündüz iş başında oldular. Bu kadrlar onların fəaliyyətini tam əks etdirmir. Çünki onlar özlərini yox, işlərini tamaşaçılara göstərməyə çalışırdılar. Onlar "Ritm yürüşü"ndə könüllülərə qoşulmaqla həm də mənəvi dəstəklərini əsirgəmədilər. Festivalın yüksək səviyyədə keçməsi üçün hətta təhlükəsizlik üçün də yardıma qoşulduq. Görülən işimizin bəhrəsi isə göz qabağında oldu. Qiyməti isə tamaşaçılar verir.

Festival sona çatdı. Amma bu, son deyil. Şəki, eləcə də bölgəmizin digər rayonlarında bu cür festivallar, tədbirlər hələ çox olacaq. Demək görüləsi işlərimiz çoxdur...

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.