Mədəniyyət

Habil Əliyev oksigen balonu vasitəsi ilə nəfəs alır

28 Avqust 2015 12:30
3 Şərh     Baxış: 2 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər ev şəraitində növbə ilə xalq artisti Habil Əliyevə nəzarət edir.

Bunu Trend-ə açıqlamasında xalq artistinin həyat yoldaşı Şəfiqə Əliyeva deyib. Onun sözlərinə görə, H.Əliyev hazırda oksigen balonu vasitəsi ilə nəfəs alır.

Həkimlərdən çox razı olan Ş.Əliyeva qeyd etdi ki, xəstəxanadan evə gətirilən sənətkarın yanında gecə-gündüz həkimlər növbə çəkirlər: "Həkimlər Habil Əliyevin səhhətinin yaxşılaşdırılması üçün əllərindən gələni edirlər. Biz onlardan da, dövlətimizdən də çox razıyıq. Onların sayəsində Habil Əliyev az da olsa, özünü yaxşı hiss edir. Amma ümumilikdə vəziyyəti orta-ağırdır. Buna baxmayaraq arada zehni açılanda bizimlə söhbət də edir. Bir də görürsən vəziyyəti ani ağırlaşır, onda artıq yatmaq istəyir. Belə, amma zehni açıqdır, çox söhbət eləməsə də, hamıyla danışır".

Qeyd edək ki, xalq artisti Habil Əliyevin ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl səhhəti ağırlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.