Mədəniyyət

Anasını itirmiş Rafael Dadaşov: "Uzun müddət xəstə idi"

30 İyul 2015 18:23
8 Şərh     Baxış: 5 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti Sofiya Hüseynova vəfat edib. Milli.Az xəbər veirir ki, mərhum aktrisanın oğlu, xalq artisti Rafael Dadaşov APA-ya bildirib ki, anası bu gün günorta saatlarında dünyasını dəyişib.

R.Dadaşovun sözlərinə görə, S. Hüseynova uzun müddət xəstə olub: "Ürək xəstəliyindən əziyyət çəkirdi. Həm də başqa xəstəlikləri var idi".
 
Qeyd edək ki, S. Hüseynova 1926-cı ildə Bakıda doğulub. Onun anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. S. Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Aktrisa 1 iyun 1974-cü ildə əməkdar artist, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.
 
Onu da qeyd edək ki, S. Hüseynova Azərbaycanın xalq artisti Məlik Dadaşovun həyat yoldaşı olub.
 
Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.