Mədəniyyət

Xalq artisti dünyasını dəyişdi

30 İyul 2015 18:09
19 Şərh     Baxış: 20 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova 89 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə report-a aktrisanın oğlu xalq artisti Rəfael Dadaşov məlumat verib.
R.Dadaşov hazırda Naxçıvana getmək üçün yola çıxdığını bildirib.
Xatırladaq ki, Sofiya Hüseynova 1926-cı ildə Bakıda doğulub. Atası Həsən hərbçi olub və göndərişlə Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofiya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Hələ məktəbliykən uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.
Naxçıvan Teatrının səhnəsində əsas qadın obrazlarını ifa edib. İki oğlu xalq artistidir.
Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.