Mədəniyyət

Xalq artisti: "Xəstəliyim haqda heç nə danışmaq istəmirəm" - FOTOSESSİYA

1 Avqust 2015 00:03
21 Şərh     Baxış: 8 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova artıq illərdir ki, qapalı həyat tərzi keçirir. Milli.Az əməkdaşının telefon zənginə cavab verən aktrisa 2 avqust - Milli Kino Günü münasibətilə həmkarlarını təbrik edib, bir sıra giley-güzarını da dilə gətirib:

"Səhhətimlə əlaqədar olaraq uzun müddətli müalicədəyəm. Bunun üçün də mənə çölə çıxmaq olmaz, çünki havanın isti keçməsi səhhətimə çox pis təsir edir. Xəstəliyim haqda heç nə danışmaq istəmirəm, çünki bu, mənə aiddir, mənim sağlamlığımdır. Bilmirəm müalicəm nə vaxt bitəcək. Bu il də kino günü keçirilən heç bir tədbirə qatılmayacağam. Heç maraqlanmırlar, kinoittifaqdan zəng də olunmayıb. Ola bilsin ki, sağalım və gələn il kino günündə iştirak edim. Təkcə bu günlərdə aktrisa Nuriyyə Əhmədova zəng edib telefonda mənimlə bolluca danışdı. Görüşmək istədiyini bildirdi, səhhətim yaxşı olmadığından görüşə bilmədim. Allah ondan razı olsun. Bilirəm ki, mənim üçün çox darıxıblar, amma mən kinoda artıq öz sözümü deyib kənara çəkilmişəm. Bu gün gənclərə imkan yaratmaq lazımdır, bizlər geri çəkilməliyik ki, onlar irəlidə olsun. Bu, həyatın qanunudur. Bugünkü yaşayışımdan çox razıyam, əlimdə olan hər şeylə kifayətlənmişəm. Kino günü münasibətilə bütün kino işçilərini təbrik edirəm, arzu edirəm ki, yaxşı filmlər çəksinlər".

Qeyd edək ki, Səfurə İbrahimova Hüseyn Cavidin "İblis" faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə dövlət mükafatına layiq görülüb. Ona 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adları verilib. S.İbrahimovanın səhhətində problemlər yarandığından o, 2005-ci ildə teatrdan uzaqlaşıb. Bu ilin dekabrından aktrisanın 78 yaşı tamam olacaq.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.