Mədəniyyət

Nizami Kino Mərkəzində iki premyera - FOTO

27 İyul 2015 11:59
Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində iyulun 23-dən etibarən ABŞ istehsalı olan "Tezləşmə" və "Kağız şəhərlər" filmlərinin nümayişinə başlanıb.

"Tezləşmə" filmini Adam Markus və Debra Sallivanın ssenarisi əsasında rejissor Stiven S. Kampanelli triller janrında çəkib. Yaş məhdudiyyəti:18+

Təcrübəli oğru Aleks son qarətini etməyə razılaşır. Amma hər şey plandan kənara çıxır. İndi gözəl, güclü və amansız fatal qadını təhlükə gözləyir və baş tutmayan oğurluq onun tək problemi deyil. O, daş-qaşdan daha qiymətli nələrisə axtaran məxfi beynəlxalq sindikatın işinə mane olub. İndi onun tək çıxış yolu qaçıb canını qurtarmaqdır.

Filmdəki rollara Olqa Kirilenko, Morqan Friman, Ceyms Pyurfoy, Cenna Saras, Karl Tanınq, Dilan Edi, Qreq Krik, Merien Frizell, Eydan Uaytok, Li Raviv və başqa aktyorlar çəkiliblər.

"Kağız şəhərlər" filmini isə rejissor Ceyk Şreyer dram, melodram və detektiv janrında çəkib. Filmin sloqanı: "Məni tap". Yaş həddi:12+

Məktəb məzunu Kyu Ceykobsen uşaq vaxtından qonşusu, gözəl, amma qaba Marqo Şpigelmanna aşiqdir. Bir gecə Marqo Kyunu xətrinə dəymiş insanlara qarşı hazırladığı qisas əməliyyatında iştirak etməyə çağırdıqda o düşünmədən razılaşır. Gecə macərasından sonra məktəbə gələn gənc Marqonun yoxa çıxdığını oyrənir. Kyu gizli ismarışların sirrini açıb Marqonu tapmalıdır...

Filmdə baş rolları Nat Vulf, Kara Deleveyn, Ostin Abrams, Castis Smit, Xolston Seyc, Jasmin Sabino, Kara Buono, Cozia Serio, Xanna Alliqud, Meq Krosbi və başqa aktyorlar canlandırıblar.

Əziz kinosevərlər, filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.