Mədəniyyət

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ilk konserti olub

25 İyul 2015 20:14
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Avstriyanın "Vayner Akademiya" kamera orkestrinin konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb, repertuarı çox geniş və rəngarəngdir. "Vayner Akademiya" kamera orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb.

Martin Heselbökun dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Johann Heinrich Schmelzer və Wolfgang Amadeus Mozartın, İtaliya bəstəkarları Giovanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib. Tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) klassik əsərlər ifa etməklə, yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Xatırladaq ki, iyulun 31-dək davam edəcək festival çərçivəsində Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalın proqramına uyğun olaraq İtaliya Simfonik Orkestri, Rusiyanın "Moskva virtuozları" kamera orkestri, Avstriyanın Vayner Akademiyasının kamera ansamblı, İspaniyanın "Flamenko" ansamblı, Xorvatiyanın "Dubrovnik Guitar Trio" qrupu, eləcə də Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqalarının möhtəşəm konsertləri olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.