Mədəniyyət

Aktrisa Kübra Dadaşova: "Tamaşaçını məcbur güldürmək olmaz" - FOTO

29 İyul 2015 00:10
4 Şərh     Baxış: 4 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kübra Dadaşova çəkilən seriallardan söhbət açıb. Aktrisa Milli.Az-a yeni film və seriallarda çəkilməməsinin səbəblərindən də danışıb:

"Hal-hazırda bir çox seriallardan və filmlərdən imtina etmişəm. Bunun bir səbəbi xəstəliyimdirsə, ikinci bir səbəbi də ssenarinin zəif olmasıdır. Deyim ki, dəvət etmirlər yalan olar, o cəhətdən bəxti gətirmiş aktrisalardanam. Onu da deyim ki, mən yaradıcılığımın 30 ilini daha çox teatra həsr etmişəm. Çünki gözümü açıb atamı bu teatrda görmüşəm. Ona görə də filmdə çox böyük rollara çəkilməmişəm.

Demək olar ki, ən böyük rollarım "Yuxu" və "Ölüm növbəsi" filmindədir. "Yuxu" filmində ikinci dərəcəli Xurşud rolunda oynamışam. Bundan başqa "Mozalan" satirik komediyasında da xarakterik rollarda çıxış etmişəm. O vaxtlar şəkər xəstəliyim yox idi, çox çevik idim. Hazırkı seriallardan, demək olar ki, əksəriyyəti zəif və cılızdır. Xüsusilə də komediya janrında çəkilmiş seriallar. Onlarınkı, gülüş deyil, "zorən təbib"dir. Deyirlər ki, mən gülürəmsə, sən də gülməlisən. Axı zorla tamaşaçını güldürmək olmaz. Bu səbəblər məni yerli serial və filmlərdən uzaq salıb. Əgər xarakterimə uyğun bir rol olarsa, səhhətim yaxşı olsa, çəkilməyə razı olaram".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.