Mədəniyyət

"İstədiyim qonorarı vermirlər" - FOTO

24 İyul 2015 17:53
21 Şərh     Baxış: 5 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva fotokamera qarşısına keçərək, şəkillər çəkdirib. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən aktrisa yay istirahətindən danışıb:

"Hələ ki, istirahətə getməmişəm. Avqustun 1-dən dincəlməyə başlayacam. Əvvəlcə ailəmlə birlikdə Kiprə gedəcəm. Orada 10 gün qaldıqdan sonra Antalyaya və Maldivə getməyi düşünürəm".

Pərvin gələn iş təkliflərindən imtina etməsinin səbəbini açıqlayıb:

"İstədiyim qonorarı vermirlər. Bəzi rejissorlar razılaşır, bəzisi isə yox. Bu yaxınlarda gələn 3 iş təklifindən imtina etmişəm. Çünki çəkilişləri istirahət vaxtıma düşürdü. Həm də avqustda müalicə alacam. Sentyabrdan iş haqqında düşünəcəm". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.