Mədəniyyət

"Milan Expo 2015"dəki Azərbaycan pavilyonunda "Milli gün"ün videoçarxı yayımlanıb - VİDEO - FOTO

24 İyul 2015 14:57
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan Expo 2015" Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu qısa müddət ərzində bura gələn ziyarətçilərin böyük marağına səbəb olub. Trend-in məlumatına görə, mayın 1-dən açılan Ümumdünya sərgisində milli pavilyonumuzu 1 milyondan çox adam ziyarət edib.

Pavilyonun dizayn və məzmun tərtibatı Azərbaycanla hərtərəfli tanışlıq imkanı yaradır.

4-mərtəbəli pavilyonda ziyarətçilərə Azərbaycanın çoğrafi mövqeyi, təbiəti, tarixi, mədəniyyəti, insanları, adət-ənənəsi, turizm imkanları barədə interaktiv formada geniş məlumat verilir.

Hər gün minlərlə insanın növbə gözləyərək pavilyonla tanış olmaq arzusu Azərbaycana və milli pavilyona marağı əks etdirir.

Azərbaycana virtual olaraq havadan, sudan, qurudan səyahət, milli musiqi alətləri ilə interaktiv tanışlıq, Azərbaycanın flora və faunasının rəngarəngliyini əks etdirən bağça və digər bölmələr pavilyonda ölkəmizi öz xüsusiyyətləri ilə görüb-tanımağa imkanlar yaradır.

İyulun 9-da milli pavilyonda təşkil edilən "Milli gün" isə ziyarətçilərin böyük marağına səbəb olub. "Milli gün" çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

"Milli gün" çərçivəsində, həmçinin Azərbaycan incəsənət ustalarının çıxışı təşkil olunub.

Qeyd edək ki, "Milan Expo 2015" Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Sərgi oktyabrın 31-dək davam edəcək. Bu müddətdə Milana səfər zamanı "Expo 2015"in incisi sayılan Azərbaycan pavilyonunu görmək fürsətini qaçırmayın!

"Milli gün"dən hazırlanan videomaterialı sizə təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.