Mədəniyyət

Şəkidə "şirin" festival başlanır - VİDEO

20 İyul 2015 11:25
6 Şərh     Baxış: 3 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün qədim Şəki torpağında ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı açılır. Festivalda 12 ölkədən Azərbaycana gəlmiş qənnadıçılar, eləcə də respublikamızın 21 şəhər və rayonunun şirniyyatçıları hazırladıqları nümunələri nümayiş etdirəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Şəki şəhərində ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilir.

Şəhər İcra Hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin üzvü Zərinə Cavadova bildirib ki, tədbirin rəsmi açılış mərasimi Şəki Olimpiya İdman Kompleksinin həyətində keçiriləcək.

Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək geniş çeşiddə şirniyyat nümunələri ilə tanış olacaqlar. Festivalda 12 ölkədən - Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya və İndoneziyadan gəlmiş qənnadıçılar, eləcə də respublikamızın 21 şəhər və rayonunun şirniyyatçıları hazırladıqları nümunələri nümayiş etdirəcəklər.

Şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, fərqlənənlər mükafatlandırılacaqlar. Festival konsert proqramı ilə başa çatacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.