Mədəniyyət

Sosial şəbəkələri silkələyən Qarabağ videosunun müəllifi: "Təxribatdır, məhkəməyə verəcəm!"

7 İyul 2015 12:06
1 Şərh     Baxış: 3 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İşğal altında olan torpaqlarımızın azad olunması haqda yayılmış videomaterial təxribat və müəlliflik hüquqlarının pozulmasıdır.

Biz filmin yaradıcı heyəti olaraq filmdən çıxarılmış həmin hissəni yayan saytları məhkəməyə vermək haqqında düşünürük".

Bunu APA-ya açıqlamasında "Qara Bağ" filminin rejissoru Amil Məmiyev deyib.

Onun sözlərinə görə, filmdən çıxarılan hissənin hansı sayt tərəfindən yayılması araşdırılır: "Bu, ATV-yə qarşı da təxribatdır. Biz filmin yalnız bir hissəsini ATV-nin studiyasında çəkmişik və məhz həmin hissənin məqsədyönlü şəkildə təhrif olunaraq yayılması insanlarda çaşqınlıq yaradıb".

Məsələ ilə bağlı "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətindən (ATV) APA-ya bildiriblər ki, filmin sosial şəbəkədə yayılan hissəsi efir üçün hazırlanmayıb və efirə verilməyib.

Telekanaldan əlavə ediblər ki, yaradıcı heyətin müraciətindən sonra ATV-nin aparıcısı ssenariyə uyğun olaraq Qarabağın alınması xəbərini film üçün oxuyub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Qara Bağ" qısametrajlı bədii filmi "Azərbaycanfilm" kinostudiyasının elan etdiyi "yenifilm.az" gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilib.

Ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşviq Hətəmovdur.

Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini metaforik simvollarla realizə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.