Mədəniyyət

Xalq artisti: "Başım hərləndi, yıxıldım"

6 İyul 2015 20:28
1 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov ekspert qismində iştirak etdiyi verilişlərdən gileylənib.

Milli.Az xəbər verir ki, publika.az-a açıqlama verən rejissor çox vaxt belə verilişlərə qatılmaqdan imtina etdiyini deyib:
 
"Bəzən verilişlərə gedirəm, əsəbiləşirəm. O verilişlərə gəlib dərdini danışan insanlar çox vaxt bu qəmli hekayə pərdəsi altında populyarlıq, tanınmaq istəyirlər. Mən rejissoram, belə şeyləri asanlıqla duyuram. Bəzən də həmin verilişlərdən aldığım təəssüratlar səhhətimə mənfi təsir edir. Bir dəfə verilişlərin birindən çıxarkən başım hərləndi, yıxıldım, qabırğalarım sındı. Bir müddət xəstəxanada yatmalı oldum. Buna görə də hər verilişə getmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.