Mədəniyyət

Nizami Kino Mərkəzində milli kinematoqrafiyaya dəstək aksiyasına start verildi - FOTO

6 İyul 2015 11:27
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

04 iyul 2015-ci il tarixində Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun "Nabat" filminin nümayişi və rəssam Səyyar Əliyevin rəsm sərgisi keçirilib.  

Tədbirin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da  artırılmasıdır.

Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Keçiriləçək növbəti tədbirlərin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən əldə etmək mümkündür.

(https://www.facebook.com/NizamiCinema?rf=hl)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.