Mədəniyyət

"Xəstəlik göz açmağa imkan vermir"

5 İyul 2015 16:03
5 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhəti ilə bağlı problemlər yaşayan xalq şairi İlyas Tapdığın sağlıq durumunda irəliləyiş var.

Bu barədə publika.az-a açıqlama verən şair həkim nəzarəti altında müalicəsinin davam etdiyini, hətta dərmanları nisbətən azaltdığını deyib:
 
"Hələ səhhətim düzəlməyib, amma qışdakı halıma baxanda indi şükür edirəm. Yorğan-döşəkdən dura bilmirdim. İndi həyət-bacaya düşürəm, dərmanları azaltmışam. Həkimlər təmiz dağ havasını məsləhət görüblər. Mən də Gədəbəyə gedib, təbiətin qoynunda dincəlməyə qərar vermişəm. Yəqin ki, dağlar mənə yeni şeirlər də yazdıracaq. Çünki nə gizlədim, neçə vaxtdır, bu xəstəlik mənə göz açmağa imkan vermir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.