"Azərbaycanın geosiyasəti"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
(Əvvəli burada)
Təbiidir ki, Milli İnkişaf Konsepsiyası özündə Milli İnkişaf Strategiyasını ehtiva edir, yəni bu konsepsiyaya uyğun olaraq dövlətin praktiki fəaliyyət strategiyasını yaratmaq, daxili-xarici siyasətini, onun istiqamətlərini, prioritetlərini və hədəflərini müəyyənləşdirmək, milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi mexanizmlərini formalaşdırmaq və təmin etməkdən ibarətdir.
Yenə də lider keyfiyyəti önə çıxır, belə ki, lider bu konsepsiyanın konturlarını, əsaslarını, tezislərini müəyyənləşdirməli, onu həyata uğurla tətbiq etməlidir. Bu barədə hörmətli professor Əli Həsənov yazır: " Azərbaycanın milli inkişaf siyasətinin konseptual əsaslarını, başlıca prinsiplərini, strateji və vəzifə tələblərini də müstəqil dövlətin qurucusu Heydər Əliyev müəyyənləşdirmiş, 1993-2003-cü illərdə dönmədən həyata keçirmişdir. Onları aşağıdakı kimi qruplaşdırmaq lazımdır:
1. "Güclü dövlət və səmərəli dövlət idarəçiliyi" (Bax, s. 111)
Əli Həsənova görə milli inkişaf siyasətində güclü dövlət prinsipi həmişə önəmli yer tutur. Təbiidir ki, bu tezis aksiomadır və bunun isbata ehtiyacı yoxdur. Biz də bununla razılaşırıq, çünki dövlətin özünün mövcudluğunun təməlində güclü iqtisadi inkişaf, vətəndaşların rifahı, vətəndaş cəmiyyətinin yaradılması, güclü daxili və xarici siyasət, elmin, idmanın, mədəniyyətin, incəsənətin inkişafı durur. Belə ki, səmərəli və güclü dövlət, səmərəli dövlət idarəçiliyi anlayışını- siyasi ədəbiyyatda təkmil mərkəzi və yerli idarəetmə mexanizmi, sabit ictimai-siyasi həyatı, işlək və hamı tərəfindən əməl olunan qanunları, ədalətli cəmiyyəti olan, insanların etimadını qazanan, ehtiyaclarını dəyərləndirən, qabiliyyətinə görə hər kəsi ictimai, iqtisadi və mədəni proseslərə cəlb edən, milli və vətəndaş birliyinə söykənərək, siyasi-hüquqi idarəçilik institutu funksiyasını yerinə yetirən ölkələrə aid edilir. (Bax, s. 112)
2. İctimai-siyasi sabitliyin yaradılması və qorunması
Səmərəli dövlət idarəçiliyi, eyni zamanda güclü dövlətin yaradılması və inkişafı, müstəqil xarici siyasət yürütmək, dövləti ən azı regional liderə çevirmək üçün ən mühüm şərtlərdən, bəlkə də ən vacibi ictimai-siyasi sabitliyin yaradılması və onun qorunmasıdır. Yaxın keçmişimizə nəzər saldıqda ictimai-siyasi həyatda nələrin baş verdiyini, vətəndaş müharibəsinin astanasında olduğunun, destabilləşmiş hərbi və siyasi müxalifətin xarici qüvvələrlə işbirliyinə gedib Azərbaycanı, dövləti, vətəndaşları həyəcanda və təşvişdə saxlamasının şahidi olmuşuq. Ölkə, dövlət onun ərazisi və vətəndaşları ilə bir yerdə çökürdü, parçalanırdı. Bunun qarşısı alınmasaydı, Azərbaycan adlı respublika beş-altı yerə parçalanacaqdı. İctimai-siyasi sabitlik pozulmuş, cəmiyyət və onun vətəndaşlarının dövlətə inamı itmişdi. Yalnız Heydər Əliyevin şəxsi keyfiyyətləri, güclü və çevik siyasi iradəsi bu parçalanmanın qarşısını aldı, o ölkədə ictimai-siyasi sabitlik yaradaraq, dövlət quruculuğu inkişafına start verdi. Bax burada liderin müsbət keyfiyyətləri tam çılpaqlığı ilə üzə çıxdı. Əli Həsənov da qeyd edir ki, ictimai-siyasi sabitliyin yolu o dövrdə Azərbaycanda güclü dövlət, sosial ədalət və milli həmrəyliyə söykənən daxili siyasətin yürüdülməsindən, milli inkişaf maraqlarının bütün ictimai-siyasi dairələrin, milli etnik qrupların düşüncəsinə hakim kəsilməsindən keçirdi...
Odur ki, Heydər Əliyev ölkədə sosial ədalətin yaradılmasını, hər bir vətəndaş üçün bərabər hüquq və azadlıqlarının tanınmasını, hüquqi normalar və qanunçuluğun möhkəmləndirilməsini, ölkədaxili mənfi hallarla ciddi mübarizə aparılmasını, demokratiya və siyasi plüralizm prinsiplərinin cəmiyyətdə geniş tətbiq edilməsini, dövlət idarəçiliyinin, hakimiyyətin fəaliyyətinin şəffaflaşdırılması və möhkəm ümumxalq hakimiyyətinin formalaşdırılmasını Azərbaycanın daxili ictimai-siyasi həyatının əsas prinsipləri kimi elan edərək, onlara dönmədən əməl olunmasını tələb edirdi". (Bax, s. 113)
3. Çevik iqtisadi siyasətin yürüdülməsi və iqtisadi inkişafa nail olunması
Əlbəttə, Milli İnkişaf Konsepsiyasında, habelə güclü dövlətin inkişafında, eyni zamanda ictimai-siyasi sabitliyin yaradılmasında və onun qorunmasında, güclü, dayanıqlı və stabil iqtisadi inkişafında çevik iqtisadi siyasətin yürüdülməsi prinsipləri dayanır. Odur ki, hər bir ölkənin əsas göstəricisi və gücü ilk növbədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Müasir iqtisadçılar iqtisadi inkişafın ən təkmil forması, dinamik və davamlı inkişafa ən çox şərait yaradan modeli kimi azad sahibkarlığa söykənən, onu inkişaf etdirən, qanunla rəqabəti qoruyan bazar iqtisadiyyatı modelini qəbul edirlər. O yazır: "Prezident Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda başlanmış milli inkişaf resurslarının səfərbər edilməsi və inkişafa yönəldilməsi, sahibkarlığın, mülkiyyət çoxnövlüyünün və müxtəlifliyinin dəstəklənməsi, liberal bazar iqtisadiyyatı istiqamətində iqtisadi və sosial islahatların həyata keçirilməsi, Avropanın qabaqcıl və inkişaf etmiş ölkələri ilə hərtərəfli iqtisadi əməkdaşlıq və tərəfdaşlıq xəttinin yürüdülməsi bir tərəfdən ölkənin dinamik və davamlı inkişafının əsasını qoydu, digər tərəfdənsə onun gələcəyi ilə bağlı dünyada nikbin ovqat yaradaraq, beynəlxalq aləmlə iqtisadi inteqrasiyanı sürətləndirdi". (Bax, s. 114)
4. Vətəndaş birliyi və cəmiyyətinin bölünməzliyi prinsipi
Biz yuxarıda söhbət açdığımızdan yalnız qısaca deyə bilərik ki, vətəndaş birliyi və cəmiyyətinin bölünməzliyi prinsipləri dönməz həyata keçirilməzsə dayanıqlı iqtisadi inkişafdan və güclü dövlət quruculuğundan söhbət gedə bilməz. Müəllif bu birliyin yaranmasında və cəmiyyətin bölünməzliyində Heydər Əliyevin danılmaz əməyini qeyd edir. O yazır: "...O illərdə Heydər Əliyev Azərbaycan vətəndaşlarının etnik milli duyğularını nəzərə almaqla, həm də məqsədyönlü şəkildə ictimai-siyasi özünüdərk hisslərinin vətəndaşlıq və vətənpərvərlik duyğusunu formalaşdırması kimi ciddi bir dövləti funksiyasını yerinə yetirərək, bütün ölkə vətəndaşlarını azərbaycançılıq platformasında birləşdirmişdi. Onun həmin dövrdə səsləndirdiyi "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilmişdir:..., yaxud, - "Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!" çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər". (Bax, s. 117)
5. Milli iradəli, sağlam əqidəli vətəndaşların tərbiyə edilməsi və vahid milli ideya ətrafında birləşdirilməsi
Ayrı-ayrı qruplar, zümrələr, sosial təbəqələr, ictimai-siyasi təşkilatlar, fərdlər, ən nəhayət millətin, dövlətin ən ağır günündə, cəmiyyəti parçalamaqdan, xaosdan, vətəndaş qarşıdurmasından, yaxud müharibəsindən qurtarmaq üçün şəxsi, lokal, regional maraqları kənara qoyaraq, Milli Güc göstərib lider ətrafında birləşir, dövləti, milləti çöküşdən xilas edirlər. Buna Milli İradə deyirlər. Bu halda millət bir yumruğa çevrilir, bu halda ortaya atılan vahid ideya hər kəsi arxasınca aparır, eyni zamanda daxili siyasi çəkişmələr, mübarizələr arxa plana keçir, müvəqqəti olsa da umu-küsülər unudulur, bir sözlə yuxarıda yazdığımız kimi: "Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!" şüarı əsas istiqamətverici qüvvəyə çevrilir.
Yazdıqlarımızın təsdiqinə Minin və Pojarskidən tutmuş, ta Mustafa Kamal Atatürkə qədər misallar gətirir, onların xalqın Milli Gücünü
Milli İradəyə çevirərək dövlətini və millətini yadellilərdən necə qurtarmasından bəhs edir. Nəhayət, Azərbaycan haqqında da yazır: "Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında, əbədi yaşadılmasında, geosiyasi dayanıqlığının və xarici aləmə qarşı müqavimət gücünün artırılmasında, həmişə, xüsusən də tariximizin yeni dövründə birləşdirici, vahid milli ideyanın tapılması və onun əsasında milli iradənin formalaşdırılması, ölkə vətəndaşlarını səfərbər edən, beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli ideologiyanın yaradılması ciddi siyasi vəzifə kimi qarşıda dayanmışdır". (Bax, s.119)
Ardı var
Yunus Oğuz
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
XƏBƏR LENTİ
-
Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər
-
Prezident İlham Əliyev: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
Prezident İlham Əliyev: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
-
Rusiyada güclü zəlzələ oldu
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
-
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
-
Prezident İlham Əliyev: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
-
Prezident İlham Əliyev: 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə atdığı olduqca ədalətsiz addım idi
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Dieqo Forlanın yeni iş yeri bəlli oldu
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı
-
Prezident İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır





