Mədəniyyət

Nizami Kino Mərkəzində "Terminator" başlanıb

3 İyul 2015 10:49
Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində iyulun 2-dən etibarən 3D formatda çəkilmiş ABŞ-ın "Terminator: Genezis" və Böyük Britaniya və ABŞ-ın "Ağılsız izdihamdan uzaq" filmlərinin nümayişinə başlanıb.

Triller, macəra, fantastika və döyüş janrında olan "Terminator: Genezis" filmini Laeta Kaloqridis və Ceyms Kemeronun ssenarisi əsasında rejissor Alan Teylor çəkib. Ekran əsərinin sloqanı "Yenidən yazılmış tale"dir. Yaş məhdudiyyəti: 12+

"Terminator: Genezis", özünümüdafiə lideri Con Konnorun Sara Konnoru və gələcəyi xilas etmək üçün serjant Kayl Rizi keçmişə, 1984-cü ilə göndərməsindən bəhs edir. Bu məqamda zaman parçalanması baş verir: serjant Riz keçmişin ona tanış olmayan yeni versiyasına düşür. O, gözləmədiyi tərəfdaşlarla, həmçinin Terminatorla və yeni təhlükəli düşmənlərlə qarşılaşır. Serjant Rizin artıq yeni missiyası var - gələcəyi dəyişmək missiyası...

Filmdə baş rollara Terminator obrazının əvəzolunmaz aktyoru Arnold Şvartsnegger, Ceyson Klark, Emiliya Klark, Cay Kortni, C. K. Simmons, Dayo Okeniyi, Mett Smitt, Kortni B. Vens, Li Ben Xon, Maykl Qledis və başqaları çəkiliblər.

Devid Nikolls və Tomas Xardinin ssenarisi əsasında rejissor Tomas Vinterberqin çəkdiyi "Ağılsız izdihamdan uzaqda" filmi dram janrındadır. Yaş həddi:16+

Kinoəsər gözəl gənc qadının üç tam fərqli kişi ilə olan münasıbətlərindən bəhs edir.

Filmdə Keri Malliqan, Mattias Şonarts, Tilli Vosberq, Mark Uinqett, Dorian Lok, Sem Fillips, Tom Sterridj, Cuno Templ, Bredli Xoll, Xilton MakRey və başqaları çəkiliblər.

Əziz kinosevərlər, filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.