Mədəniyyət

"Xanəndələr estrada müğənnilərindən daha çox hörmət-izzətlə qarşılanırlar"

26 İyun 2015 17:20
2 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov gənclərin muğam sənətinə olan marağından danışıb.

Milli.Az xəbər verir ki, publika.az-a açıqlama verən xanəndə keçmişi yada salıb:
 
"Vaxt vardı, muğam sənətinə fikir verən yox idi. Cavanlar xanəndə olmaq istəmirdilər. Muğamatımız getdikcə tənəzzülə uğrayırdı. Hətta efirdə solo-çıxış etmək üçün telekanalın rəhbərindən icazə almalıydım. Muğam sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına salınandan sonra xanəndələrə də xüsusi diqqət verildi.

İndi gənclərin də muğama olan marağı artıb, hər kəs xanəndə olmaq arzusundadır. İndi gənc xanəndələrimiz estrada müğənnilərindən heç də az görünmürlər. Hətta mən deyərdim ki, estrada müğənnilərindən daha çox hörmət-izzətlə qarşılanırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.