Mədəniyyət

"Eurovision" iştirakçıları Elnurdan DANIŞIRLAR

28 May 2015 17:56
1 Şərh     Baxış: 2 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa mətbuatı, müsabiqə pərəstişkarları və başqa iştirakçılar "Eurovision" təmsilçimiz Elnurun finaldakı çıxışını qiymətləndiriblər.

Qafqazinfo-nun məlumatına görə, "Eurovision"a həsr olunmuş aparıcı informasiya portalın yaradıcısı Vilyam Li Adams Azərbaycan komandasının yaratdığı şoudan təsirlənib: 

"Azərbaycanın performansı füsunkar idi və başqa ölkələrin çıxışından çox fərqlənirdi. Elnurun çıxışı mistik və sehrli idi, fərqli stillərin miksini təşkil edən xoreoqrafiyası isə xüsusi diqqətə layiq idi", - deyə o, bildirib.

Müsabiqənin başqa iştirakçiları Elnurun səsi və səhnə şousu barədə rəy bildiriblər.

Latviya təmsilçisi Aminata təmsiçimiz barədə açıqlama verib:

"Elnur istedadlı və güclü vokalçıdır. Biz Riqada keçirilən promo-konsertdə tanış olduq. Artıq onda mən onun mahnısını bu ilin ən yaxşı kompozisiyası kimi qiymətləndirdim və yanılmadım. Elnurun "Eurovision" səhnəsindəki çıxışı çox gözəl idi".

Avstraliya nümayəndəsi və bu ölkənin pop-musiqisinin super-ulduzu Qay Sebastyan isə həm Elnurun səhnədə nümayiş etdiyi güclü opera vokalına, həm də ki perfomansına heyran olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.