Mədəniyyət

Aktyorlarımız Rusiyaya gedirlər - FOTO

26 May 2015 12:57
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər.

İyun ayının 1-dən - 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq yay məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 81 nümayəndənin iştirakı nəzərdə tutulur.
Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər, tanınmış teatr xadimlərinin ustad dərsləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in xalq artisti Aleksandr Kalyagin, eləcə də Vyaçeslav Polunin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov, İqor Zolotovitski və başqalarının rəhbərliyi ilə baş tutacaq.

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bu günədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.