Mədəniyyət

Qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi şəhər

25 May 2015 20:04
0 Şərh     Baxış: 1 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə tarix boyu dilindən və dinindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinə ev sahibliyi edib. Buna şəhərin ərazisində qorunub saxlanılan tarixi abidələr də dəlalət edir. Kəpəz TV-nin (Region TV) xəbər verir ki, 4000 illik tarixə malik olan Gəncə ərazisi tarixi abidələrlə zəngindir. Şəhərdə olan abidələr Mədəniyyət və Turzim İdarəsinin mühafizəçiləri tərəfindən qorunur. 

Tamella Əliyeva, Mədəniyyət və Turzim İdarəsi tarixi abidələr mühafizəçisi: "Gəncə şəhərinin ərazisində 258 tarixi abidə var. Onlardan 2-si kilsə, 2-si Alban məbədidir. Hazırkı Kamera Orkestrının yerləşdiyi məbəd ölkə əhəmiyyətli, digər üçü isə yerli əhəmiyyətli tarixi abidə hesab olunur".
Gəncə Dövlət Kamera Orkestrının fəaliyyət göstərdiyi bina V-VII əsrlərdə inşa edilən Alban məbədlərindən biridir. Müqəddəs İohann Kilsəsi kimi tanınıb. XVII əsrdə bərpa edilən binanın inşasında qırmızı tuf daşından istifadə olunub. 

Gəncə Dövlət Kukla Teatrının istifadəsində olan bina. XIX əsrə aid tarixi-memarlıq abidəsi olan tikili 1885-ci ildə almanlar tərəfindən Lüteran kilsəsi kimi inşa edilib. 
1818-ci ildə Gəncəyə gətirilən almanlar tərəfindən inşa edilən tikilidə əsasən, tuf daşından inşa edilib. Ümumi sahəsi 650 kvadratmert olan bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir.
Aleksadr Nevski kilsəsi... Bu tarixi bina 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib. 

Kilsənin inşasında Gəncə memarlığına xas olan qırmızı kərpicdən istifadə edilsə də, bina Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu məbəd Baş kilsə statusuna malik olub. XX əsrin əvvəllərində kilsə Sovet hakimiyyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub. 

Məbəd Rus Pravoslav kilsəsinə yalnız 1946-cı ildə qaytarılıb. Bina günümüzdə də qərb bölgəsində yaşayan pravoslavların ibadət məkanıdır. Burada həm dini ayinlər, həm də provoslav bayramları qeyd edilir. Bu binalar keçmişin tozlu səhifələrində gizli qalan tarixin görünən hissəsidir. Şəhərin dolanbaclı küçələrində gizlənən yüzlərlə qədim bina kim bilir özündə hansı tarixi faktları, hansı gizli məqamları saxlayır. Daş məbədlər susur, oxunmağı, tarixin qaranlıq səhifələrini aydınlatmağı gözləyirmiş kimi...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.