Mədəniyyət

Anime ilk dəfə Azərbaycanın böyük ekranlarında! - VİDEO - FOTO

25 May 2015 11:42
Baxış: 2 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın anime fanatları bunu uzun müddətdir gözləyirdilər və indi kinoteatr tarixinin bu mühüm anını ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsi Park Cinema bəxş edir!

4 iyun tarixindən möhtəşəm "NARUTO" anime və manqa pərəstişkarları əfsanəvi epik anime-saqanın tarixinin ən əsas hadisəsi - "Naruto: Sonuncu film"i izləyə bilərlər. 15 il ərzində dünyanı fəth edən tanınmış yapon manqası və animasiya serialı Masasi Kisimotonun əsasında yaradılan bu yeni film əfsanəvi nindza Naruto Udzumakinin tarixini sona çatdıran axırıncı tammetrajlı film olacaq. 

Əsl nindza olmaq arzusunda ilan Naruto adlı adi yeniyetmənin hekayəsi 1999-cı ildə başlayır - məhz o zaman Masasi Kisimotonun manqası ilk dəfə işıq üzü gördü.

Böyük uğura çatan manqa həm uşaqlar, həm də böyüklərin sevgisini nəinki Yaponiyada, hətta ondan kənarda belə qazanan təzə başlayan nindza haqqında anime-serialın əsasını qoydu. Dinamik süjet, parlaq və unudulmaz personajlar, baş qəhrəmanın böyüməsinin maraqlı hekayəsi, mükəmməl musiqi - bunların hamısı Narutonun dünyanın böyük yeniyetmə brendlərinin biri və Yaponiyanın əsas ixracı olmasına səbəb oldu.

"Naruto: Sonuncu film"in hadisələri Kisimoto manqasının 699-cu fəslində təsvir olunan Şinobi Dördüncü dünya müharibəsindən iki il sonra baş verir.  Pərəstişkarların sevdikləri personajlar Naruto ilə başda güclərini yenidən toplayıb əsas qəhrəmanın sevgilisini xilas etmək üçün təhlükəli missiyaya yollanırlar. Rejissor Suneo Kobayasinin sözlərinə görə, yeni film əvvəlkilərdən fərqli olaraq, savaş janrında deyil, romantik hekayə kimi yaranırdı - sevgidən uzaq olan Naruto tamaşaçılara sübut edəcək ki, o, romantik hisslərə də biganə qalmır.

Suneo Kobayasinin sözlərinə görə, yeni film heç kimin görmədiyi Narutonu göstərəcək: o, heç də mükəmməl deyil və yorğunluq və ümidsizlik hissləri ona da məxsusdur.

Azərbaycanda cizgi filmi Hayao Miyadzakinin "Külək güclənir" kimi yüksək səviyyəli dublyajlar edən əfsanəvi "Reanimedia" studiyasının səsləndirilməsində çıxacaq.
"Naruto: Sonuncu film" 4 iyundan eksklüziv olaraq Park Cinema-da!

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.